SON DƏQİQƏ
» » 75 ildir bitməyən sürgün: faciə necə başladı? - İlginc

75 ildir bitməyən sürgün: faciə necə başladı? - İlginc

Tarix:

18-05-2019, 15:34

/ 248 dəfə oxundu.
75 ildir bitməyən sürgün: faciə necə başladı? - İlginc

Bu gün - 18 may Krım türklərinin kütləvi şəkildə sürgün edildiyi gündür.

Bu hadisə 1944-cü ildə, Almaniya-SSRİ müharibəsinin birməsinə 1 il qalmış, müharibənin taleyinin böyük ölçüdə həll olunduğu vaxtda baş verib.

Sovet dövləti rəhbərliyinin, şəxsən qanlı diktator Stalinin əmri, SSRİ Ali Soveti Rəyasət Heyətinin xüsusi sərəncamı ilə 32 min nəfərlik hərbi-cəza dəstələri gecəylə Krım yarımadasında yaşayan türklərin qapısına dayanıb, insanlara yır-yığış üçün 15-20 dəqiqə vaxt veriblər, sonra onları ac-susuz, pal-paltarsız halda yük maşınlarınln banına dolduraraq dəmiryol stansiyalarına aparıb, oradan da Qazaxıstanın ilan mələyən, kimsəsiz çöllüklərinə, Özbəkistanın məskunlaşmamış vadilərinə yola salıblar.

18 may 1944-cü ildə Krım türklərinin hələ də davam edən faciəsi, zülm-zilləti belə başlanıb.

Həmin vaxt yarımadada yaşayan türklərin, demək olar ki, hamısı (300 min nəfər) sürgün olunub. İlk illərdə əhalinin bir yarısı aclıqdan, xəstəlikdən, iqlim dəyişikliyinə tablaşmamaqdan qırılıb. Bunlar əsasən yaşlılar və uşaqlar olub. Yalnız ən dözümlü, güclü insanlar sürgün məşəqqətinə davam gətirə, öz soylarının davamını təmin edə biliblər.

İndi dünyada soyqırımdan, genosiddən danışan çoxdur. Amma fakt budur ki, 1944-cü ilin 18 mayında Krım türkləri sözün birbaşa mənasında sovet dövlətinin, Kremlin yeritdiyi soyqırım siyasətinə məruz qalıblar. Krımda onların soyu qurudulub, heç bir günahı olmayan insanlar kütləvi ölümə məhkum ediliblər.

Ancaq bu, Krım türklərinin başına gələn ilk faciə deyildi.

Krım lap qədimlərdən böyük dövlətlərinin qanlı müharibələrinin plasdarmı olub. 15-ci əsrdən etibarən isə Rusiya və Türkiyə bu füsunkar təbiətli yarımada uğrunda əsrlərlə mübarizə aparıblar. Öz dövlətçiliyini qorumaq üçün Krım nə qədər qurbanlar verib.

1783-cü ildə isə Krım Rusiya tərəfindən işğal edilib. Bu o dövr idi ki, Rusiya açıq işğalçılıq siyasəti yeridirdi və bütün qonşularından torpaq qoparmağa çalışır, buna müvəffəq olurdu.

Noman Çələbiçixan

Rusiyada çar mütləqiyyəti devrilən dövrlərdə Krım türkləri öz müstəqil dövlətçiliklərini yenidən bərpa etmək istəyiblər. 1917-22-ci illərdə Krım türkləri də fürsətdən yararlanmağa çalışıblar. Yarımadada Krım Xalq Respublikası elan edilib. Noman Çələbiçixanın rəhbərliyi ilə Milli Firqə bu işdə aktiv rol oynayıb. Ancaq qırmızı qvardiyanın əsgər və matrosları ona yarımadanı tam olaraq öz nəzarətinə götürməyə imkan verməyiblər, Krım dövlətinin himninin müəllifi olan şair Noman Çələbicixanı fevralın 23-də (1918) məhkəməsiz-filansız güllələyiblər. Həmin il yarımadaya alman hərbçiləri müdaxilə edib və Krımda diyar hökuməti təsis edilib.

1921-ci ildə Krım Rusiyanın tərkibində Muxtar Sovet Sosialist Respublikası statusu qazanıb.

Elə həmin il Krım türklərinin başına daha bir böyük fəlakət gəlib. Yarımadanın əhalisi aclıqdan kütləvi şəkildə qırılıb. Ölənlərin sayının 100 mini aşdığı, o zamankı Krım əhalisinin 15 faizini təşkil etdiyi bildirilir.

Sonra kollektivləşdirmə illəri, yeni aclıq fəlakətləri... daha sonra almanların hücumu, Almaniya-SSRİ müharibəsi...

Bu müharibə də Krım türklərinin taleyinin tən ortasından keçib. SSRİ ordusu Krımı qoruya bilməyib və yarımada alman faşistləri tərəfindən işğal olunub, 1941-ci ilin noyabrından 1944-cü ilin may ayının 12-dək alman işğalında qalıb.

İşə baxın ki, alman işğalından qurtulduqdan bir həftə sonra Krımda yaşayan bütün türklər sürgün edilib.

Sürgünə səbəb Krım türklərinin işğal illərində almanlarla əməkdaşlıq etmələri əsas götürülüb. Ancaq Krım türklərindən olan 100 min 638 döyüşçünün (onların sırasında iki general da olub), yüzlərlə müharibə qəhrəmanının tarixi xidməti nəzərə alınmayıb. Əliyalın və mülki əhalinin işğal illərində almanlara itaət göstərməsi əsas faktor sayılıb. Bu məntiqlə Ukrayna, Moldova, Belarus əhalisi də tam şəkildə sürgün edilməliydi. Çünki onların da az bir hissəsi meşələrdə partizanlıq etmiş, böyük əksəriyyəti alman faşistlərinin idarəçiliyi altında yaşamışdı.

Fəqət bu adi həqiqətləri Kreml başbilənlərinə başa salan olmayıb. Nəticədə bütöv bir xalq, həm də müharibədə rəşadət göstərmiş 100 min döyüşçünü yetişdirmiş millət öz doğma yurd-yuvasından pərən-pərən salınıb, mərhumiyyətlərlə üz-üzə qoyulub.

Maraqlıdır ki, 1956-cı ildə Krım türklərinin haqqında verilmiş sürgün qərarı ləğv olunsa da, türklərə Krıma qayıtmağa icazə verməyiblər.

Öz təbii artımına qalsaydı, bu gün Krım türklərini sayı 5 milyondan az olmazdı. Ancaq başlarına gələn müsibətlər onların artmasına, bir regionda kompakt yaşamalarına imkan verməyib. Onlar həm də assimlyasiyaya məruz qalıblar. Əsrlər boyunca Türkiyəyə köç edən Krım türkləri hazırda özlərini elə Anadolu türkləri hesab edirlər və tam olaraq yerli cəmiyyətə qaynayıb-qarışıblar. Rusifikasiya siyasətinə məruz qalan və getdikcə ruslaşan Krım türkləri də çoxdur.

Mustafa Cəmiloğlu

Krım xalqının böyük oğlu Mustafa Cəmiloğlunun yarım əsrdən çoxdur apardığı mübarizə məhz Krım türklərinin tarixi haqlarının bərpa edilməsi məqsədini daşıyır. Artıq son illərdə bu mübarizənin müəyyən bəhrələri əldə olunmaqdaydı, Ukrayna dövləti dünyaya səpələnmiş Krım türklərinin geriyə, yarımadaya qayıtmaları üçün yaşıl işıq yandırmışdı. Ancaq Rusiya bu dəfə Krımı yenidən işğaı etdi və yenə də əsas zərbə Krım türklərinə dəydi. İndi onlar öz dədə-baba torpaqlarında yenidən “arzulanmayan qonaq” statusunda qalıblar.

Əsl soyqırım, deportasiya, sürgün tarixi budur. Yoxsa bəziləri özlərindən saxta tarixçələr düzəldir, öz iddialarını ilbəil yeni rəqəmlərlə zənginləşdirir, ilboyu təbliğat apararaq dünya ictimaiyyətinin zəhləsini tökürlər.

P.S. 3-4 il öncə bu günlər "Avroviziya" yarışmasına qatılan krımlı müğənni Cəmalə heç də əbəs yerə “Mən bu yerdə yaşamadım” mahnısı ilə yarışma birincisi olmamışdı...

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ