SON DƏQİQƏ
» » Elmar Məmmədyarov: Aİ Azərbaycanda ən böyük investordur

Elmar Məmmədyarov: Aİ Azərbaycanda ən böyük investordur

Tarix:

13-05-2019, 18:02

/ 240 dəfə oxundu.
Elmar Məmmədyarov: Aİ Azərbaycanda ən böyük investordur

Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

GunAz.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı Xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

XİN başçısı bildirib ki, Aİ xarici ticarət dövriyyəmizdə təxminən 42 faizlik paya malik olmaqla, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 

“Həmçinin, Aİ Azərbaycanda ən böyük investordur. Ənənəvi birgə Aİ-Azərbaycan Biznes Forumu Aİ-nin müxtəlif sənaye və xidmət sektorundan çoxlu nümayəndələr cəlb edir. Növbəti biznes forum da 13 iyun 2019-cu il tarixində Bakıda keçiriləcək. İnanıram ki, bəzi və hətta ola bilsin ki çoxlu sayda Aİ ölkələrindən olan şirkətlər Avropanın sənaye və biznes məqsədlərini Azərbaycan ilə birgə təmsil edəcəklər.

Biz Aİ ilə yeni ikitərəfli müqavilə ilə bağlı keyfiyyətə yönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Mən davam edən danışıqların müsbət ruhunu yüksək qiymətləndirirəm. Biz bir-birimizdən və bir-birimiz haqda çox şey öyrənirik. Bu, özlüyündə çox məhsuldar işdir”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ