SON DƏQİQƏ

O, mütləq Bakıdan üzr istəyəcək - Politoloq

Tarix:

13-05-2019, 17:44

/ 237 dəfə oxundu.
O, mütləq Bakıdan üzr istəyəcək - Politoloq

Bakıda UEFA kubokunun finalı Azərbaycanın xeyrinə işləməli ikən anidən Böyük Britaniyadan 3 hücumla üzləşdik.

GunAz.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, futbol siyasətin tam içindədir:

“Birincisi, “Liverpul” məşqçisi finalın Bakıda keçirilməsinin yumşaq desək, yanlış olduğunu bildirdi, ikincisi, “Arsenal”ın erməni oyunçusu Henrix Mxitaryanın Bakıya gəlişindən narahat olduqlarını söylədilər, üçüncüsü, Böyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına axşamlar Bakıda ehtiyatlı olmaları vacibliyini vurğuladı.

Bunların hamısı yalandır. Sadəcə, ingilislər ermənilərin çörəyinə yağ yaxdılar. Başqa vaxt Böyük Britaniya XİN-i Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu və Azərbaycandakı sabitliyin böyük investisiyalara yol açdığından danışsa da, son açıqlama bununla ziddiyyət təşkil edir”.

Politoloq bildirib ki, erməni tərəfi bu əssassız iddialardan Azərbaycana qarşı nə qədər istifadə etməyə çalışsa da, qonaqpərvərliyimiz bütün iddiaların yanlış olduğunu sübuta yetirəcək:

“Erməni saytları ingilislərin “iddialarından” yazır, Londonun sayıqlamalarını bizə qarşı informasiya müharibəsində istifadə etməyə çalışır.

Əlbəttə, etiraz etməliyik, bu bizim haqqımızdır. Ancaq futbol termini ilə desək, önəmli olan oyunun ikinci hissəsinə yaxşı hazırlaşmaqdır. Şübhə etmirəm ki, final oyunu yüksək səviyyədə keçəcək, özlərini pis aparmasalar, bir ingilis azarkeşin burnu da qanamayacaq. Finaldan sonra “Liverpul”un məşqçisi hətta “Üzr istəyirəm, yanlış fikir söylədim, Bakıdakı final unudulmaz idi” demək məcburiyyətində qalacaq, üstəgəl, Mxitaryan da top qova biləcək. Ona görə final gününə və ondan sonrakı günə hazırlaşıb dünyaya sübut etməliyik ki, UEFA rəhbərliyi final oyunu üçün Bakını seçməkdə düzgün addım atıb. Final günü və sabahısı artıq beynəlxalq aləm ingilisləri yox, bizi eşitməlidir. Çünki əməlimizlə ingilislərin necə böyük səhvə yol verdiklərini göstərəcəyik”.

Qeyd edək ki, mayın 29-da Avropa Liqasının finalı Bakıda keçiriləcək. Böyük Britaniya XİN-i Azərbaycana Avropa Liqası finalını izləmək üçün gələn vətəndaşlarına xəbərdarlıq edib, Bakıda terakt təhlükəsi olduğunu bildirib və cinayətkarlıqla mübarizənin səviyyəsinin çox aşağı olduğu iddiası ilə qonaqların soyğuna məruz qala biləcəyini vurğulayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ