SON DƏQİQƏ
» » "Multikulturalizm bizim üçün həyat tərzidir" -Prezident

"Multikulturalizm bizim üçün həyat tərzidir" -Prezident

Tarix:

3-05-2019, 08:43

/ 265 dəfə oxundu.
"Multikulturalizm bizim üçün həyat tərzidir" -Prezident

Multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bu da bizim tarixi irsimiz, kökümüz və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilmə və sülh bərqərar olar.
GunAz.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda deyib.
“Bizim üçün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindəndir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dəyərləri təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk. Bilirik ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var. Ancaq hesab edirəm ki, bizim forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir”, – deyə dövlətimizin başçısı qeyd edib.
скачать dle 12.1

Şərhlər