SON DƏQİQƏ
» » Qarabağ Azərbaycanın tərkibində yüksək status ala bilər - Yerevanda bəyanat

Qarabağ Azərbaycanın tərkibində yüksək status ala bilər - Yerevanda bəyanat

Tarix:

16-04-2019, 21:14

/ 10 280 dəfə oxundu.
Qarabağ Azərbaycanın tərkibində yüksək status ala bilər - Yerevanda bəyanat

Yerevanda səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev bəyan edib ki, Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanın tərkibində yüksək status ala bilər.

Onun bu çıxışı erməni mətbuatında birmənalı qarşılanmayıb.

Erməni KİV hesab edir ki, Azərbaycan QDİƏT PA-nın baş katibi vəzifəsindən istifadə edərək öz mövqeyini qabağa çəkir. 

Qeyd edək ki,  Yerevanda çıxışı zamanı A.Hacıyev bildirib ki, istənilən danışıqlar irəliyə addımdır.

“Tərəflərin humanitar əlaqələrin gücləndirilməsinə, o cümlədən qarşılıqlı jurnalist səfərlərinin keçirilməsinə hazırlıqlarını ifadə etmələri yaxşı haldır və bu, müvafiq atmosfer yarada bilər”, - A.Hacıyev Yerevanda jurnalistlərə açıqlamasında deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ