SON DƏQİQƏ

Parlamentdə homoseksuallarla bağlı müzakirə

Tarix:

11-04-2019, 14:54

/ 10 213 dəfə oxundu.
Parlamentdə homoseksuallarla bağlı müzakirə

Milli Məclisdə (MM) homoseksual gənclərlə bağlı məsələ qaldırılıb.

GunAz.az-ın xəbərinə görə, onların problemləri parlamentin Gənclər və idman komitəsinin iclasında iştirak edən gənclərdən biri tərəfindən dilə gətirilib.

O qeyd edib ki, homoseksual, cinsi azlıqların nümayəndələri olan gənclər tez-tez fiziki və mənəvi təzyiqlərə, təsirlərə məruz qalırlar.

“Onlar çox vaxt işə götürülmürlər və ya onlara iş yerlərində fiziki, mənəvi təzyiqlər göstərirlər. Onlar diskriminasiyaya məruz qalırlar. Halbuki onların işləmək və təhsil almaq, eləcə də, digər hüquqları Konstitusiya ilə təsbit olunub. Onların da artıq konstitusion hüquqları təmin edilməlidir. Bununla bağlı parlament tərəfindən də addımlar atılmalıdır”, - deyə vurğulanıb.

Buna cavabında adıçəkilən komitənin üzvü Elşən Musayev deyib ki, bu məsələdə dövləti heç cür günahlandırmaq olmaz.

O qeyd edib ki, bu məsələ daha çox milli mental dəyərlərdən irəli gələn ictimai qınaq və tənbehlə bağlıdır:

“Həm də düşünmürəm ki, onlara qarşı hər yerdə “qara zolaq” var. Bu, belə deyil. Mən bilmirəm siz faktları haradan almısınız, amma mənim bildiyim odur ki, həmin azlığın nümayəndələri də işlə təmin olunurlar”.

скачать dle 12.1

Şərhlər