SON DƏQİQƏ

Rusiyadan olan nümayəndə heyəti Bakıya gəlir

Tarix:

11-04-2019, 13:59

/ 10 184 dəfə oxundu.
Rusiyadan olan nümayəndə heyəti Bakıya gəlir

Rusiyanın Federasiya şurasının nümayəndə heyəti palata sədri Valentina Matvienkonun başçılığı altında aprelin 11-də Azərbaycana ikigünlük rəsmi səfər edəcək. Nümayəndə heyətinin ölkə rəhbərliyi və parlamentarilərlə görüşlər keçirəcəyi bildirilir.

Bu barədə TASS Rusiyanın Federasiya Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xüsusilə Milli Məclisin sədri Oktay Əsədovla danışıqların keçiriləcəyi vurğulanır.

“Tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın indiki vəziyyəti və gələcək perspektivlərini, ikitərəfli və çoxtərəfli əsaslarda parlamentlərarası qarşılıqlı əlaqələrlə bağlı məsələləri müzakirə edəcək”, - o qeyd edib.

Matvienkonun sözlərinə görə, Rusiya və Azərbaycan ticarətdən və iqtisadiyyatdan tutmuş, humanitar və regionlararası mübadilələrə kimi müxtəlif sahələrdə qarşılıqlı əlaqələri dəstəkləyən stateji tərəfdaşlardır.

Rusiyalı palata sədrinin Azərbaycana səfəri çərçivəsində Bakıda Rusiya mədəniyyət gününün açılış mərasimində iştirak edəcəyi, paytaxtın mədəniyyət, idman və sosial-infrastruktur obyektlərinə baş çəkəcəyi bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ