SON DƏQİQƏ
» » Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması vaxtı çatıb – Politoloq

Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması vaxtı çatıb – Politoloq

Tarix:

4-04-2019, 19:32

/ 10 223 dəfə oxundu.
Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması vaxtı çatıb – Politoloq

Müdafiə naziri Zakir Həsənovun Azərbaycan ordusunun yüksək səviyyədə hazırlığı və düşmənə istənilən an öldürücü zərbə vura biləcəyi barədə son açıqlaması bir növ Ermənistanın müdafiə naziri David Tonoyanın “biz işğalı genişləndirə bilərik” açıqlamasına cavabdır.

GunAz.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Z.Həsənovun açıqlamasında belə cümlə də var: “Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”.

E.Şahinoğlunun sözlərinə görə, göründüyü kimi Z.Həsənov Türkiyənin adını xüsusi çəkir:

“Nazir bununla sanki demək istəyir ki, Ermənistan Rusiyanın hərbi təcrübəsindən istifadə edirsə, biz də Türkiyə təcrübəsindən istifadə edirik və edəcəyik. Çox yaxşı. Sadəcə nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanda hərbi bazaları var, Türkiyənin Azərbaycanda hərbi bazaları yoxdur. Bu məsələnin də həll etməyin vaxtı çatıb”.(Teleqraf)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ