SON DƏQİQƏ

Prezidentin təltif etdiyi Qurbanov kimdir?

Tarix:

6-03-2019, 23:26

/ 10 645 dəfə oxundu.
Prezidentin təltif etdiyi Qurbanov kimdir?

Azərbaycan Respublikası Prezidentin İlham Əliyev Fazil Qurbanovla bağlı sərəncam imzalayıb.

Kult.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə və səmərəli diaspor fəaliyyətinə görə Fazil Səməd oğlu Qurbanov "Şöhrət" ordeni ilə təltif edilib.

Qeyd edək ki, Fazil Qurbanov 1944-cü il fevralın 18-də Bakıda qulluqçu ailəsində anadan olub. 1973-cü ildə indiki Azərbaycan Tibb Universiteti müalicə-profilaktika fakültəsini bitirib, Respublika Uroloji Xəstəxanası nəzdində internatura keçib. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Fiziologiya İnstitutunun cərrahiyyə qrupunun elmi işçisi (elmi rəhbəri SSRİ Tibb Elmləri Akademiyasının (TEA) akademiki M.A.Topçubaşov) olub.

F.Qurbanov 1980-ci illərdə SSRİ TEA-nın Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzi (ÜECM, indiki Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Cərrahiyyə Mərkəzi) nəzdində aspiranturada oxuyub.

Tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüdür.

 

скачать dle 12.1

Şərhlər