SON DƏQİQƏ
» » Elmar Məmmədyarov ABŞ Etnik Anlaşma Fondunun üzvlərini qəbul etdi

Elmar Məmmədyarov ABŞ Etnik Anlaşma Fondunun üzvlərini qəbul etdi

Tarix:

6-03-2019, 23:12

/ 10 300 dəfə oxundu.
Elmar Məmmədyarov ABŞ Etnik Anlaşma Fondunun üzvlərini qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 Azərbaycana səfər çərçivəsində müxtəlif dini icmaları ziyarət etdiklərini və onlar üçün yaradılmış şəraitlə yerindəcə tanış olduqlarını vurğulayan qonaqlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilmiş beynəlxalq konfrans zamanı aparılmış fikir mübadiləsini yüksək qiymətləndiriblər.

Elmar Məmmədyarov tolerantlığın dövlət siyasəti və Azərbaycan xalqının əsrlər boyunca yaşatdığı bir ənənə olduğunu bildirib.

Daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq bu kimi bəyanatların danışıqlar prosesinə xələl gətirdiyini qonaqların diqqətinə çatdırıb. O, bölgənin dayanıqlı inkişafı və rifahı baxımından münaqişənin həllinin vacibliyini qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ