SON DƏQİQƏ
» » Tiflisdən azərbaycanlıların qədim abidəsi ilə bağlı qərar

Tiflisdən azərbaycanlıların qədim abidəsi ilə bağlı qərar

Tarix:

28-02-2019, 21:24

/ 10 414 dəfə oxundu.
Tiflisdən azərbaycanlıların qədim abidəsi ilə bağlı qərar

Gürcüstanın Marneuli rayonunun Qasımlı kəndində yerləşən “Dəmirqaya” adlandırılan yaşayış yerinə mədəni irs abidəsi statusu verilib.

Report xəbər verir ki, bu barədə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb.

Yaşayış məskəni eramızdan əvvəl V-IV minilliyə, Eneolit dövrünə aiddir. Dağ yamacında yerləşən mağaranın sahəsi 5,5 metr X 7,3 metr, daxili məkanın sahəsi isə 3,6 metr X 5,5 metr təşkil edir.

Mağaranın daxilində mərkəzi və şərqi hissəsində aydın seçilən qırmızı rəngdə olan rəsmlərə rast gəlinir. Onların arasında maral və digər heyvanların rəsmləri var.

Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi qədim yaşayış məskəninin insanların təsirinə məruz qalmaması məqsədilə onu hasarlayacaq və yaxınlığında mağaranın mədəni irs abidəsi olmasını özündə əks etdirən məlumat lövhəsi quraşdıracaq.

“Dəmirqaya” yaşayış yeri Gürcüstanda qədim qayaüstü rəsmlərin olduğu yeganə məkandır.

скачать dle 12.1

Şərhlər