SON DƏQİQƏ

Fərman bağlanan banklara və BOKT-a da aiddir

Tarix:

28-02-2019, 17:12

/ 10 275 dəfə oxundu.
Fərman bağlanan banklara və BOKT-a da aiddir

Mərkəzi Bankın baş direktoru Rəşad Orucov bağlanmış banklardan dollar krediti götürənlərlə bağlı məsələyə aydınlıq gətirib. 

 

GunAz.az-ın verdiyi xəbərə görə, o, qeyd edib ki, bu məsələ də fərmanda nəzərdə tutulub: “Həm fəaliyyətdə olan bankların, bank olmayan kredit təşkilatlarının, o cümlədən ləğvetmə prosesində olan bankların müştəriləri də əhatə olunub. Vətəndaşın xarici valyutada olan borcu ləğvetmə prosesində olan bankdadırsa, istənilən halda kompensasiyasını alacaq. Həmin kompensasiya öncə ləğvetmə prosesində olan banka qalan borcunun əhəmiyyətli dərəcədə azaldılmasına yönələcək. Əmanətlərin Sığortalanması Fonduna tövsiyə olunacaq ki, ləğvetmə prosesində olan bankların müştərilərinin borclarının ödənilməsinin müddətinin uzadılması, güzəşt edilməsi, faizlərinin, cərimələrinin silinməsi həyata keçirilsin.

Bütün bu güzəştlər bağlanan bankların müştərilərinə də eyni qayda ilə şamil olunacaq”. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ