SON DƏQİQƏ
» » “Azərbaycan prezidenti ilə görüşməliyik” - Paşinyan

“Azərbaycan prezidenti ilə görüşməliyik” - Paşinyan

Tarix:

28-02-2019, 11:31

/ 10 366 dəfə oxundu.
“Azərbaycan prezidenti ilə görüşməliyik” - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan fevralın 27-də İranda  erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyinin anonsunu verib. 

 

GunAz.az “Regnum.ru”ya istinadən xəbərinə görə, o, görüşdə bildirib ki, Ermənistan hökumətinin əsas prioritetlərindən biri Qarabağın “subyektliyinin səviyyəsinin artırılması”dır.

“Azərbaycan prezidenti ilə görüşməliyik. Bu, gündəmsiz görüş olacaq, lakin onun əsas istiqamətini danışıqlar formatının müzakirəsi təşkil edəcək. Hələ ki, format ətrafında razılığa gəlməmişik, təmasları rəsmi danışıqlar hesab etmək olmaz. Mən Ermənistan adından danışıram, çünki bu ölkənin baş naziriyəm. Mən Dağlıq Qarabağın adından danışmıram”, - deyə erməni baş nazir deyib. 

 

Xatırladaq ki, Prezident İlham Əliyev Baş nazir Nikol Paşinyanla yanvarın 22-də İsveçrədə Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşüb. 1,5 saat davam edən qeyri-rəsmi görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesinin vəziyyəti və gələcək müzakirələr barədə fikir mübadiləsi aparılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ