SON DƏQİQƏ
» » “Rossiya 24” kanalı Xocalı soyqırımı barədə süjet təqdim edib - VİDEO

“Rossiya 24” kanalı Xocalı soyqırımı barədə süjet təqdim edib - VİDEO

Tarix:

26-02-2019, 23:40

/ 10 457 dəfə oxundu.
“Rossiya 24” kanalı Xocalı soyqırımı barədə süjet təqdim edib - VİDEO

Rusiyanın “Rossiya 24” telekanalı Xocalı Soyqırımının 27-ci ildönümü münasibəti ilə Bakıda keçirilən anım mərasimindən süjet hazırlayıb.

Süjetdə Azadlıq Meydanından Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Ana fəryadı” abidəsinə qədər keçirilən yürüşdən bəhs edilib.

Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilənn yürüşə yüz minlərlə insanın qatılması barədə məlumat verilib.

“Bu gün Azərbaycanın paytaxtında və bütün rayonlarında 27 il öncə Xocalı şəhərində baş vermiş qətliamın qurbanları dərin hüznlə anılıb.  Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və digər dövlət rəsmiləri “Ana Fəryadı” abidəsinin önünə çiçək dəstələri qoyublar.

Bu gün ölkənin müsəlman və xristian dini icmaları ölənlərin ruhuna dualar oxuyublar. Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsi ərzində baş vermiş ən qanlı hadisədir”, - deyə məlumatda bildirilir. 

“Rossiya24” kanalına açıqlama verən dövlət başçısı İlham Əliyev deyib:

“Bu faciədə günahsız insanlar, qocalar, qadınlar, körpələr  həlak olublar. Azərbaycan xalqı bu faciəni unutmayacaq. Mən bir daha qeyd edirəm, biz çalışmalıyıq ki, insanlıq tarixində bir daha belə faciələr yaşanmasın”.

 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bildirib ki, hazırda Azərbaycanda 40 minə yaxın erməni yaşayır. Erməni Katolik Kilsəsi təmir edilib və qorunur. Bu məhz tolerantlığın göstəricisidir. Biz bu münaqişənin ədalətlə və sülh yolu ilə həllini tapmasını istəyirik.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ