SON DƏQİQƏ
» » Deputatdan AÇIQLAMA: "Bu problem aradan qaldırılmalıdır”

Deputatdan AÇIQLAMA: "Bu problem aradan qaldırılmalıdır”

Tarix:

19-02-2019, 13:05

/ 10 277 dəfə oxundu.
Deputatdan  AÇIQLAMA: "Bu problem aradan qaldırılmalıdır”

“Ölkədə ələbaxımlı vətəndaşların sayını artırmaq dövlətimizin siyasətinə uyğun deyil. Bizi haqsız rəqabət, inhisarçılıqla bağlı vəziyyət narahat edir”.

GunAz.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa "Əmək pensiyaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.


Millət vəkili bildirib ki, bəzi sahələr istisna olmaqla, inhisarçılıq yavaş-yavaş aradan qaldırmalıdır.

“Tikinti sektorunda vəziyyət bəllidir. Xarici investorların ölkəyə gəlməsinə imkan yaratmalıyıq. Ölkədə turizm mərkəzləri açılır. Lakin onlar daha çox dövlətin dəstəyi əsasında fəaliyyətə başlayır.

Əlbəttə, pensiyaları artırmaq aztəminatlı ailə üçün vacibdir. Digər tərəfdən biz yeni imkanlar üçün yol açmalıyıq. Bir vaxtlar kiçik problemlərini həll etməyən dövlətlər sonradan ciddi problemlər yaşadılar. Düzdür, Azərbaycanda vəziyyət stabildir. Lakin elə vəziyyət yarana bilər ki, insanların kiçik narazılığından istifadə edilə bilər. Bu baxımdan ən yaxın zamanda Rəqabət Məcəlləsi qəbul edilməlidir. Hansı sahibkarın, investorun hüququ pozulursa, qısa zamanda bu problem aradan qaldırılmalıdır”.(publika)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ