SON DƏQİQƏ
» » Maaş artımı ilə bu, ilk dəfə baş verdi - Sərəncam

Maaş artımı ilə bu, ilk dəfə baş verdi - Sərəncam

Tarix:

9-02-2019, 21:34

/ 10 424 dəfə oxundu.
Maaş artımı ilə bu, ilk dəfə baş verdi - Sərəncam

Prezidentin son sərəncamı ilə son 12 ildə ilk dəfə olaraq yaşayış minimumunun rəsmi dəyəri ilə minimum əmək haqqının məbləği bərabərləşib. Bu, çox ciddi iqtisadi və sosial qərardır.

Bu sözləri GunAz.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. O bildirib ki, Azərbaycanda rəsmi olaraq yaşayış minimumu 2007-ci ildən tətbiq edilməyə başlayıb:

"2007-ci ildə yaşayış minimumu 64 manat, minimum əmək haqqı isə 50 manat müəyyən edilmişdi.

Minimum əmək haqqı həm də dövlətin özəl sektorda maaşları tənzimləyə biləcək mexanizmidir. Əmək qanunvericiliyinə görə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, heç kəs işçiyə bu məbləğdən aşağı maaş verə bilməz.

Beləliklə, minimum əmək haqqının artımı 600 minə yaxın insanın maaşına təsir göstərəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək".

Millət vəkili vurğulayıb ki, 180 manatdan az əmək haqqı alan bütün işçilərin əmək haqqları ən azı 180 manata qədər artırılacaq:

"Elmlər Akademiyasının elmi müəssislərində 1-3 dərəcə ilə, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə vahid tarif cədvəli ilə maaşları tənzimlənən və əməyinin ödənilməsi dərəcəi 1-8-ci dərəcələrə əsalanan işçilərin aylıq əməkhaqları da artırılacaq".

İqtisadçı ekspert Natiq Cəfərli isə Prezidentin sərəncamı ilə minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılmasının çox müsbət addım olduğunu bildirib:

“Bu, DSMF-yə ödənişləri də artıracaq. Vergi Məcəlləsinə və icbari sosial müdafiə ödənişləri qaydalarına edilən yeni dəyişikliklərə görə, VÖEN-lə və ya xidməti müqavilə ilə çalışanlar, fərdi sahibkarlar DSMF-yə minimum əməkhaqqının 20%-dən 50%-ə qədər (fəaliyyət növünə və yaşayış yerinə görə, formula uyğun) ödəməlidirlər.

Əslində, DSMF çoxdan özünümaliyyələşdirməyə keçməli idi. Prezidentin imzaladığı sərəncam Fonda əlavə vəsait cəlb olunmasına səbəb olacaq”.

İqtisadçı vurğulayıb ki, ölkə başçısının bu qərarından sonra başqa ölkələrlə müqayisəli statistikada vəziyyətimiz bir az da yaxşılaşacaq:

“Artıq 100 dollardan az minimum əməkhaqqı olan ölkələrin siyahısından çıxacağıq”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dünən minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ