SON DƏQİQƏ
» » “Vaşinqton Qarabağ təşəbbüsünü ələ almağa çalışır” – Şərh

“Vaşinqton Qarabağ təşəbbüsünü ələ almağa çalışır” – Şərh

Tarix:

31-01-2019, 21:24

/ 10 348 dəfə oxundu.
“Vaşinqton Qarabağ təşəbbüsünü ələ almağa çalışır” – Şərh

“ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistanın baş naziri Nikol Paşinyana zəngindən bir neçə gün sonra Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Dağlıq Qarabağ münaqişəsini müzkirə etməsi Vaşinqtonun təşəbbüsü ələ almağa çalışdığının göstəricisidir”.

GunAz.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, Ermənistanda “məxməri inqilab”dan sonra Vaşinqtonun fəallaşması əsasən Rusiyanın regiondan çıxarılmasına hesablanıb. Çünki Qarabağ münaqişəsi ABŞ-ın regionda aktiv siyasi fəaliyyətinə ciddi əngəl olur:

“ABŞ Ermənistanda belə deyək, öz adamlarını hakimiyyətə gətirəndən sonra Qarabağ münaqişəsinin həlli prosesinə töhfə verməyə çalışır. Bu görəv Con Boltona həvalə edilib. Onun təkliflər paketində münaqişənin həllində Ermənistanın 7 rayonu boşaltması özünə yer alır. Əvəzində isə kommunikasiyaların açılması istənilir. Qarabağın statusu gələcək mərhələyə saxlanılır. Görünür, bu planın həyata keçirilməsi Paşinyan üçün dalan vəziyyəti yaradıb. Qeyd edim ki, rəsmi Bakının danışıqlara nikbin əhval-ruhiyyədə getməsi bununla bağlıdır”.

M.Əsədullazadə hesab edir ki, N.Paşinyan məhz C.Boltonun təlimatı ilə aktiv Qarabağ danışıqlarına başlayıb:

“Paşinyanın Robert Köçəryan və Qarabağ klanının digər üzvlərinə təqibləri Vaşinqtonun göstərişi ilə həyata keçirilir. Çünki onlar birbaşa Rusiyanın dayaqlarıdır, zəiflədilməsələr, Qarabağ danışıqlarında ciddi nəticə əldə edilməyəcək. Buna görə də Paşinyan hazırda Qarabağ klanının ciddi təzyiqləri ilə üzləşir, ona ittihamlar irəli sürülür”.

Siyasi şərhçi Rusiyanın prosesləri hələlik kənardan izlədiyini deyib:

“Moskva münaqişənin həlli prosesinin Vaşinqton tərəfindən aparılmasının qarşısını almağa çalışacaq. Paşinyan özü də daxili təhlükələr səbəbindən imitasiya siyasəti apara bilər. Artıq Rusiyadan “Su-30” tipli qırıcı təyyarələrin alınması barədə açıqlamalar verilir. Əgər Paşinyan ABŞ-ın vasitəçiliyindən yayınarsa, Vaşinqton ondan əlini birdəfəlik üzəcək. Nəticədə Rusiya Paşinyanı devirə bilər. Çünki Paşinyan birbaşa ABŞ-ın maliyyə dəstəyi ilə hakimiyyətə gəlib və Birləşmiş Ştatların geosiyasi maraqlarını təmin etməlidir. Bu maraqlara Qarabağ münaqişəsinin həlli də daxildir”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ