SON DƏQİQƏ
» » İran və Türkiyə XİN arasında telefon danışığı

İran və Türkiyə XİN arasında telefon danışığı

Tarix:

26-01-2019, 14:52

/ 10 346 dəfə oxundu.
İran və Türkiyə XİN arasında telefon danışığı

İran İslam Respublikası və Türkiyənin xarici işlər nazirləri ikitərəfli əlaqələr habelə, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

GunAz.az xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, İran və Türkiyənin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu şənbə günü telefon əlaqəsi saxlayaraq, Venesuela olayalarını müzakirə ediblər.

İran və Türkiyənin xarici işlər nazirləri daha sonra iki ölkə arasındakı yaxşı və konstruktuv əlaqələrə işarə edərək, ikitərəfli əlaqələr başda olmaqla, regional və beynəlxalq səviyyəli əməkdaşlıqların genişləndirilməsini hər iki ölkə xalqının milli maraqları habelə, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində olduğunu deyiblər.

скачать dle 12.1

Şərhlər