SON DƏQİQƏ
» » AŞ PA-nın vitse-prezidenti: Türkiyənin terrorla mübarizədə rolu böyükdür

AŞ PA-nın vitse-prezidenti: Türkiyənin terrorla mübarizədə rolu böyükdür

Tarix:

24-01-2019, 23:42

/ 10 328 dəfə oxundu.
AŞ PA-nın vitse-prezidenti: Türkiyənin terrorla mübarizədə rolu böyükdür

Türkiyənin terrorla mübarizədə rolu böyükdür.

GunAz.az-ın məlumatına görə, bunu AŞPA-da “Türkiyədə müxalif siyasətçilərlə bağlı qətnamə layihəsinin müzakirəsi zamanı AŞPA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidovun sözlərinə görə, beynəlxalq ictimaiyyətin terrora, terror təşkilatlarına qarşı mübarizə səyləri nəticəsində bu gün dünya bir az sabitləşib:

"Bu məsələdə Türkiyənin rolu böyükdür. Türkiyə təkcə terrorla mübarizəyə, müharibə qurbanlarına yardım məqsədilə milyardlarla dollar xərcləməyib, Türkiyə yalnız İraqdan, Suriyadan milyonlarla qaçqını qəbul edərək sığınacaq verməyib, eyni zamanda öz oğul və qızlarını regionda sülh uğrunda qurban verib. Bütün bunlara öz təşəkkürünü bildirmək əvəzinə, bəzi siyasətçilər, özünü siyasətçi adlandıranlar bizi məhv edənlərə kömək üçün əllərindən gələni etməyə çalışırlar. Məndə sual yaranır: ən təhlükəli nədir? Bizi Kalaşnikov silahı ilə öldürməyə cəhd edənlər, yoxsa bizi öldürməyə cəhd edənlərə yardım göstərənlər?"

S.Seyidovun sözlərinə görə, bəzi insanlar onlara verilən imtiyazlardan sui-istifadə edir, özlərini məsul siyasətçi kimi təqdim edirlər, amma hamı qanun qarşısında bərabərdir:

"Əgər kimsə terrorun lehinə çıxış edir, kimsə zorakılığa dəstək üçün açıq çağırışlar edirsə, onu əsl siyasətçi adlandırmaq olmaz. Çünki əsl siyasətçi ölkəsinin, xalqının maraqlarını təqdim etməyə çalışır. Bu insanlar isə nəsə başqa bir şey axtarışındadır. İndi bu suala cavab verməliyik ki, kimin tərəfindəyik: dünyanı dəyişməyə cəhd edənlərin, yoxsa Türkiyənin demokratiyasının, sabitliyinin tərəfində olanların?".

Qeyd edək ki, AŞ PA-nın qış sessiyası yanvarın 21-də başlayıb və yanvarın 25-dək davam edəcək.

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyev daxildirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ