SON DƏQİQƏ
» » İdarəetmə islahatlarının əsas məqsədi… – Rəy

İdarəetmə islahatlarının əsas məqsədi… – Rəy

Tarix:

15-01-2019, 20:55

/ 10 279 dəfə oxundu.
İdarəetmə islahatlarının əsas məqsədi… – Rəy

Gözlənildiyi kimi, son dövrlərdə ölkədə idarəetmədə bir sıra islahatlar aparılır. Düşünürəm ki, bu islahatlar davamlı olacaq.

Bunu GunAz.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, cənab prezidentin qeyd etdiyi kimi indi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha məqsədyönlü və az işçi ilə böyük iş görmək halına gətirilir:
“Heç şübhəsiz bütövlükdə dünyada gedən bu proseslərə uyğun olaraq Azərbaycanda da idarəetmədə dəyişikliyin edilməsi vacibdir. Cənab prezidentin idarəetmə sahəsində atdığı son addımların və bundan sonra edəcəyi dəyişikliklərin hər birinin əsas məqsədi Azərbaycanda idarəçilik sisteminin təkmilləşməsindən, bu sistemin effektivliyinin artırılmasından ibarətdir”.

Z.Məmmədov qeyd edib ki, bu dəyişikliklər çox güman ki, iqtisadi sahələrlə yanaşı sosial və siyasi sahələri də əhatə edəcək:

“Cənab prezidentin imzaladığı son fərmanlardan da görünür ki, əsas vurğu iqtisadi sahəyə edilir. Çünki iqtisadiyyatın inkişafı, onun şaxələndirilməsi çox vacibdir. Bəzi qurumların ləğv edilməsi və birləşdilməsinə gəldikdə isə biz bəzən bu qurumların bir-birini təkrarlamasını da müşahidə edirik. Bu tendensiya hazırda bir çox inkişaf etmiş ölkələrdə aradan qaldırılır. Söhbət məhz effektiv, koordinasiyalı idarəetmə sisteminin yaradılmasından gedir”.

Müsahibimiz əlavə edib ki, son bir il ərzində vergi sahəsi başda olmaqla bir sıra sahələrədə aparılan islahatların şahidiyik:
“Bütün bunlar orta və iri, eyni zamanda kiçik sahibkarlığın inkişafına yönəlib. Biz digər sahələrdə aparılan islahatları da qeyd edə bilərik. Bütün bu islahatlar nəticəsində Azərbaycan cəmiyyətinin müxtəlif sosial təbəqələrinin güzəranı yaxşılaşıb”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ