SON DƏQİQƏ
» » “Ermənilər Nazarbayevə qarşı təxribat törədə bilərlər” – Politoloq

“Ermənilər Nazarbayevə qarşı təxribat törədə bilərlər” – Politoloq

Tarix:

8-01-2019, 21:08

/ 10 298 dəfə oxundu.
“Ermənilər Nazarbayevə qarşı təxribat törədə bilərlər” – Politoloq

“Qazaxıstanın Karaqanda şəhərində baş verənlər bu ölkədə ermənilərlə qazaxlar arasında baş verən ilk insident deyil. Ermənilər ümumiyyətlə, Mərkəzi Asiyanın demək olar, bütün türkdilli ölkələrində yerli əhali ilə münaqişə vəziyyətindədirlər”.

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, düzdür, erməni diasporunda olan pullar vasitəsilə onlar istər Qazaxıstanda, istərsə də Qırğızıstan və Özbəkistanda müəyyən istəklərinə nail olsalar da, ümumi götürdükdə, ermənilərlə qazaxlar, ermənilərlə qırğızlar və ermənilərlə özbəklər arasında böyük münaqişə mövcuddur:

“Karaqandadakı hadisələr də ermənilərin simasını növbəti dəfə bütünlüklə üzə çıxardı. Heç də təsadüfi deyil ki, qazaxlar ayağa qalxaraq erməniləri Qazaxıstandan qovacaqları barədə bəzi çıxışlar edirlər. Bu hadisə qazaxların illərdən bəri etdiyi səbrinin tükənməsinin bir göstəricisidir. Karaqanda hadisələri onlar üçün qığılcım oldu”.

Ermənistan KİV-lərinin bu məsələdəki roluna toxunan Z.Məmmədov deyib:

“Təsadüfi deyil ki, Karaqanda hadisələri erməni KİV-lərində Sumqayıt hadisələri ilə eyniləşdirildi. Baxmayaraq ki, onlar Sumqayıt hadisələrini qızışdıranların elə ermənilərin özləri olduğunu çox yaxşı bilirdilər. Onlar bilirdilər ki, bu bir erməni təxribatı idi. Dünən Ermənistan müxalifətinin bir neçə sərsəm bəyanatı səsləndi ki, guya Karaqandadakı hadisələr məhz Azərbaycanın şifarişinin nəticəsidir. Təbii ki, bu, çox gülünc açıqlamadır və heç bir məntiqə uyğun deyil”.

Ermənistanın son vaxtlar bütün qonşu dövlətlər və xalqlarla münasibətlərinin çox pis vəziyyətdə olduğunu vurğulayan politoloq ermənilərin bütün ölkələrdə təxribatçı əməllərlə məşğul olduqlarını vurğulayıb.

Z.Məmmədov istər Ermənistanda, istərsə də Qazaxıstanda yaşayan ermənilərin Prezident Nursultan Nazarbayevdən narazı olduqlarını qeyd edib:

“Ermənilərin arzuları Nazarbayevin hakimiyyətdən getməsidir. Onlar bu arzuya çatmaq üçün Nazarbayevə qarşı təxribat törədə bilərlər. Çünki Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində obyektiv, ədalətli mövqedədir. Onun Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında da böyük rolu var”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ