SON DƏQİQƏ
» » Nazir: Milanda Bakı ilə Yerevan arasında qarşılıqlı anlaşma əldə olundu

Nazir: Milanda Bakı ilə Yerevan arasında qarşılıqlı anlaşma əldə olundu

Tarix:

18-12-2018, 21:40

/ 10 301 dəfə oxundu.
Nazir: Milanda Bakı ilə Yerevan arasında qarşılıqlı anlaşma əldə olundu

Hesab edirəm ki, Milanda keçirilən son görüşdə ermənistanlı həmkarımla uzun müddətdən bəri ilk dəfə qarşılıqlı anlaşma əldə etdik.

GunAz.az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bunu diplomatik korpus rəhbərləri üçün 2018-ci ilin yekunlarına həsr olunmuş qəbulda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.

Nazir qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarılması 2019-cu ildə Azərbaycanın əsas vəzifəsi olacaq.

“Vaxtın əksər hissəsini Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışına sərf etmişəm. Bu, gələn ildə də başlıca vəzifə olacaq. Əsas məqsəd nəzərəçarpacaq nəticələrin əldə edilməsidir”, - deyə o vurğulayıb.

Məmmədyarov bildirib ki, 2019-cu ilin yanvar ayında Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanla görüşdə də münaqişənin sülh nizamlanmasının yolları müzakirə olunacaq:

“Münaqişənin həlli yollarını müzakirə edəcəyik. Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ