SON DƏQİQƏ
» » Əli Əhmədov: Beynəlxalq təşkilatlar ikili standartlar azarından qurtula bilmir

Əli Əhmədov: Beynəlxalq təşkilatlar ikili standartlar azarından qurtula bilmir

Tarix:

11-12-2018, 18:10

/ 10 362 dəfə oxundu.
Əli Əhmədov: Beynəlxalq təşkilatlar ikili standartlar azarından qurtula bilmir

Çox təəssüf ki, beynəlxalq təşkilatlar bir çox məsələlərə, o cümlədən seçkilərə münasibəti ifadə edərkən ikili standartlardan qaça bilmirlər. 

GunAz.az xəbər verir ki, bu fikri baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov Ermənistanda dekabr 9-da keçirilən parlament seçkilərində baş verən ciddi pozuntulara beynəlxalq təşkilatların göz yummasına dair jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ə.Əhmədov bildirib ki, beynəlxalq təşkilatların bu kimi yanlış yanaşmaları Ermənistanda keçirilən və ciddi pozuntularla müşayiət olunan seçkilərə biganə qalmalarında da özünü göstərir. 

Onun fikrincə, seçkiləri müşahidə edən beynəlxalq qurumlar nöqsanlara münasibəti açıq şəkildə ifadə etməməklə ikili standartlar nümayiş etdirir:

“Yəqin ki, beynəlxalq təşkilatların ikili  standartları insanların, sadə əhalinin münasibətinə o qədər də təsir etmir.

Ermənistanda ciddi pozuntularla baş verən seçkilərin nəticələrinə sadə erməni xalqı öz etirazını bildirir və bundan sonra da bildirəcək. Bununla da, beynəlxalq təşkilatların ikili standartları növbəti dəfə ifşa olunacaq.

Təəssüf doğuran məqam odur ki, beynəlxalq təşkilatlar ikili standartlar azarından qurtula bilmirlər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ