SON DƏQİQƏ
» » Azərbaycanla Rusiya arasında müzakirə: Hərbi əməkdaşlıq

Azərbaycanla Rusiya arasında müzakirə: Hərbi əməkdaşlıq

Tarix:

6-12-2018, 21:36

/ 10 313 dəfə oxundu.
Azərbaycanla Rusiya arasında müzakirə: Hərbi əməkdaşlıq

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin hərbi sənaye kompleksləri departamentinin direktoru Konstantin Tarabrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə dekabrın 6-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndələri arasında görüş keçirilib.

MSN-in mətbuat xidmətindən GunAz.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiyanın hərbi sənaye kompleksləri arasında əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti səfər çərçivəsində nazirliyin müəssisələrində də olub.

Səfər bu ilin oktyabrında Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev ilə Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev arasında Moskvada keçirilən görüş zamanı əldə olunmuş razılığa əsasən reallaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ