SON DƏQİQƏ
» » Gürcüstan müxalifəti hakimiyyətin qarşısında iki tələb qoydu

Gürcüstan müxalifəti hakimiyyətin qarşısında iki tələb qoydu

Tarix:

6-12-2018, 20:50

/ 10 328 dəfə oxundu.
Gürcüstan müxalifəti hakimiyyətin qarşısında iki tələb qoydu

Əvvəl Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasına qarşı 9-10 siyasi partiyanın fəaliyyəti vardısa, indi bütövlükdə ölkədəki bütün partiyalar hakimiyyətdə olan siyasi qüvvəyə qarşı mübarizə aparır. Dünənə qədər bizim partiyaya daş atanlar, indi bizimlə birlikdə fəaliyyət göstərir, birləşmə, inteqrasiya prosesi gedir.

Bu sözləri GunAz.az-a Gürcüstan müxalifətinin gələcək fəaliyyət planları haqqında danışan Vahid Milli Hərəkat Partiyasının funksioneri, deputat Azər Süleymanov deyib.

Millət vəkili əlavə edib ki, bu həftənin bazar günü müxalifətin toplantısı keçiriləcək:

“Müxalifət artıq Gürcüstan hakimiyyətinin qarşısında konkret tələblərlə çıxış edir. Əsas iki tələb irəli sürülür. 
Birincisi, konstitusiya dəyişikliyidir. Müxalifət mojaritar seçki sisteminin tətbiq edilməsini tələb edir. Digər tələb odur ki, 28 noyabrda baş tutan prezident seçkilərinin II turunun nəticələri ləğv edilsin. Müxalifət bu seçkinin nəticələrini tanınmır. Seçkilər kütləvi saxtakarlıqla keçib. Əslində seçkilərdə qalib gələn namizəd müxalifətin vahid namizədi idi. Ancaq Gürcüstan tarixində görünməyən saxtakarlığa gedildi. Əgər müxalifət namizədi 800 mindən çox səs toplaya bildi. “Gürcü Arzusunun” özünə milyondan çox səs yazsa da, reallıqda bu mümkün deyil”.

Azər Süleymanov əlavə edib ki, hazırda Gürcüstan siyasi böhran dövrünü yaşayır: “Hakimiyyət verdiyi sözlərin birini də yerinə yetirməyib və yetirməyəcək də. Gürcüstan müxalifəti tələblərini irəli sürüb və hakimiyyətə dekabrın 16-na qədər vaxt verib. Əgər hakimiyyət bizim səsimizi eşitməsə, aksiyalarımız daha da güclənəcək”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ