SON DƏQİQƏ
» » Azərbaycanlı deputat AŞPA-da məruzəçi seçildi

Azərbaycanlı deputat AŞPA-da məruzəçi seçildi

Tarix:

5-12-2018, 23:00

/ 10 369 dəfə oxundu.
Azərbaycanlı deputat AŞPA-da məruzəçi seçildi

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.

GunAz.az xəbər verir ki, iclasda komitənin 2019-cu il üçün fəaliyyət proqramı və prioritetləri müzakirə olunub, komitə sədrinin hesabatı dinlənilib. Həmçinin miqrasiya böhranının aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin rolu, Şərqi Avropadan əmək miqrasiyası və onun bu ölkələrdə sosial-demoqrafik vəziyyətə təsirləri, “Brexit”in miqrasiya məsələlərinə təsiri, Avropa Şurasında miqrantların inzibati həbsinə dair sənədin kodlaşdırılması məsələləri müzakirə edilib.

İclasda Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxış edərək müzakirə olunan məsələlər barədə fikirlərini bildirib.

Komitə iclasında yeni məruzəçilərin səsverməsi keçirilib. "Kimsəsiz və valideynlərdən ayrılmış miqrant uşaqlar: səmərəli qəyyumluğa ehtiyac" mövzusunda məruzəçi seçilməsi üçün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın və portuqaliyalı parlamentarinin namizədliyi irəli sürülüb. Milli Məclisin deputatı S.Qafarova səs çoxluğu ilə "Kimsəsiz və valideynlərdən ayrılmış miqrant uşaqlar: səmərəli qəyyumluğa ehtiyac" mövzusu üzrə məruzəçi seçilib.

скачать dle 12.1

Şərhlər