SON DƏQİQƏ
» » İlham Əliyev KTMT-2019 sammitinə dəvət oluna bilər - RƏY

İlham Əliyev KTMT-2019 sammitinə dəvət oluna bilər - RƏY

Tarix:

5-12-2018, 20:00

/ 10 256 dəfə oxundu.
İlham Əliyev KTMT-2019 sammitinə dəvət oluna bilər - RƏY

Bəzi ekspertlərin gözləntilərinə rəğmən, dekabrın 5-də ATƏT Xarici işlər nazirləri Şurası sammiti zamanı təşkil edilən Azərbaycan və Ermənistan xarici siyasət idarələri rəhbərlərinin görüşü çətin ki, nəticə versin.

Bunu GunAz.az-ın müxbiri ilə söhbətdə rusiyalı siyasi şərhçi Denis Korkodinov deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri görüşə böyük maraq göstərsələr və görüşün nəticələrinə dair Dağlıq Qarabağ münaqişəsi üzrə birgə qətnamənin qəbul ediləcəyi gözlənilsə də, Bakı və Yerevanın bu cür ağrılı ərazi mübahisəsi üzrə kompromisə gələ bilməyəcəyi şübhə doğurmur.

“Güman ki, “məxməri inqilab”dan miras qalan daxili siyasi problemlərin həllindən narahat olan Ermənistan Azərbaycanı qoşunların təmas xətti zonasında onsuz da uzanan münaqişəni dondurmağa çağırmağa çalışacaq. Lakin bu cür təşəbbüs Bakı üçün heç bir hüquqi və siyasi əhəmiyyət kəsb etməyəcək, çünki münaqişənin dondurulması onun tam həlli anlamına gəlmir”, - deyə ekspert vurğulayıb.

Korkodinov qeyd edib ki, bu, yalnız təmas xəttində “status-kvo”nun möhkəmləndirilməsi deməkdir və çətin ki, Azərbaycan tərəfindən müsbət qəbul olunsun:

“Bakı işğal olunmuş bütün torpaqların qeyd-şərtsiz qaytarılmasına ümid edir, Yerevan üçün isə mövcud vəziyyətin qorunub saxlanılması milli nüfuz məsələsidir. Beləliklə, Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanarasında bu gün keçirilən görüş Bakı və Yerevan arasında Dağlıq Qarabağın kimə məxsus olması məsələsi üzrə prinsipial fikir ayrılıqlarının daha aydın olduğunu göstərir”.

Korkodinov əmindir ki, görüş iştirakçısı olan dövlətlərin xarici siyasət idarələri rəhbərlərinin birgə bəyanatı tövsiyə xarakterli olsa da, Azərbaycan və Ermənistan arasındakı münasibətləri konstruktiv adlandırmaq olmaz.

“Azərbaycanın ərazi hüquqlarının gerçəkləşməsinin mümkünsüzlüyü barədə Ermənistanda gedən debatlar danışıqlar prosesinin süni şəkildə uzadılması üçün şübhə doğurmayan səbəbdir. Azərbaycan siyasətçilərinin fikrincə, bu, Yerevanın anlaşmaq niyyətində olmadığını göstərir”, - deyə o əlavə edib.

Yüksək səviyyədə görüşə gəldikdə isə Korkodinov bildirib ki, Azərbaycan və Ermənistan dövlət başçılarının təkbətək danışıqları 2019-cu ildə keçirilməsi nəzərdə tutulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti zamanı mümkündür. Ekspert sammitə Azərbaycan prezidenti İlham Əliyevin dəvət edilə biləcəyinin mümkün olduğunu da vurğulayıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ