SON DƏQİQƏ
» » Azərbaycan İsveçdəki səfirliyini bağlamayacaq

Azərbaycan İsveçdəki səfirliyini bağlamayacaq

Tarix:

10-11-2018, 17:31

/ 10 317 dəfə oxundu.
Azərbaycan İsveçdəki səfirliyini bağlamayacaq

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İsveçdə səfirliyini bağlayıb bağlamayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva GunAz.az-a bildirib ki, Azərbaycan hər hansı bir yerdə, o cümlədən Stokholmda səfirliyini bağlamaq niyyətində deyil.

“Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Əksinə, Azərbaycanın həyata keçirdiyi çox fəal xarici siyasəti və beynəxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq, xaricdəki nümayəndəliklərimizin sayını hətta daha da artırmaq niyyətindəyik"-deyə L.Abdullayeva qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ