SON DƏQİQƏ
» » İsveç Ermənistana qırıcı satır? - Nazirlik açıqladı

İsveç Ermənistana qırıcı satır? - Nazirlik açıqladı

Tarix:

1-11-2018, 20:19

/ 10 392 dəfə oxundu.
İsveç Ermənistana qırıcı satır? - Nazirlik açıqladı

Son günlər bəzi xarici KİV-lərdə Ermənistan Müdafiə Nazirliyinə istinadən İsveçin Saab şirkətinin istehsal etdiyi “JAS 39 Grippen” markalı qırıcıların guya Ermənistana satın almağa təklif olunması ilə bağlı xəbər yayılıb.

Azərtac xəbər verir ki, yayılan xəbərlə bağlı Azərbaycanın İsveç Krallığındakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müvafiq məsələyə aydınlıq gətirmək üçün sorğu ilə müraciət edib.

İsveç Xarici İşlər Nazirliyinin cavab məktubunda bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil. Qeyd olunur ki, İsveç hökuməti Ermənistana “Saab JAS 39 Grippen” markalı qırıcıların satın alınmasını təklif etməyib, habelə bu səpkidə işlər aparmayıb.

скачать dle 12.1

Şərhlər