SON DƏQİQƏ

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM

Tarix:

15-10-2018, 18:36

/ 10 336 dəfə oxundu.
2 yeni məktəb tikiləcək -SƏRƏNCAM

Prezident İlham Əliyev Lənkəran rayonunun Şıxakəran kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, Sərəncama əsasən Lənkəran rayonunun Şıxakəran kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Digər sərəncamla Lerik rayonunun Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ