SON DƏQİQƏ
» » Almaniya səfiri: Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir

Almaniya səfiri: Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir

Tarix:

4-10-2018, 20:48

/ 10 343 dəfə oxundu.
Almaniya səfiri: Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir.

 

Bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ölkənin birləşməsinin ildönümünə həsr olunmuş tədbir zamanı deyib.

 

1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı.

Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

 

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ