SON DƏQİQƏ

NATO-dan Qarabağla bağlı AÇIQLAMA

Tarix:

20-09-2018, 09:33

/ 10 273 dəfə oxundu.
NATO-dan Qarabağla bağlı AÇIQLAMA

“NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini vacib sayır”.

GunAz.az xəbər verir ki, bunu Bakıda səfərdə olan NATO baş katibinin müavini Rouz Qottemüller jurnalistlərə açıqlamasında  deyib.

O deyib ki, NATO ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan rəhbərlərinə münaqişənin sülh yolu ilə həllində göstərdiyi dəstəyi alqışlayır.

R.Qottemüllerin sözlərinə görə, NATO Azərbaycan kimi tərəfdaşı olmaqdan məmnunluq duyur: "Biz Azərbaycanın maraqlarına cavab verən layihələrdə birgə işləyirik. O cümlədən, müdafiə sahəsində təsisatların inkişafında birgə layihələrimiz var. Hesab edirik ki, bu layihələr Azərbaycanın dünya birliyinin aparıcı üzvü kimi inkişafında böyük rol oynayacaq".

NATO rəsmisi həmçinin ABŞ Əfqanıstanda sülhməramlı əməliyyatlarda Azərbaycanın vacib rolunu yüksək qiymətləndirib.

скачать dle 12.1

Şərhlər