SON DƏQİQƏ
» » Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Tarix:

15-09-2018, 20:45

/ 10 352 dəfə oxundu.
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 15-də başa çatıb.

GunAz.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ