SON DƏQİQƏ
» » İlham Əliyev meksikalı həmkarını təbrik etdi

İlham Əliyev meksikalı həmkarını təbrik etdi

Tarix:

15-09-2018, 19:56

/ 10 293 dəfə oxundu.
İlham Əliyev meksikalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya təbrik məktubu göndərib.

GunAz.az xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ