SON DƏQİQƏ
» » İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri başlayıb

İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri başlayıb

Tarix:

5-09-2018, 21:27

/ 10 322 dəfə oxundu.
İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gəlib.

GunAz.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin “Franyo Tucman” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

“Franyo Tucman” aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşıladılar.

скачать dle 12.1

Şərhlər