SON DƏQİQƏ

İlham Əliyev bu ölkə liderlərini təbrik etdi

Tarix:

31-08-2018, 19:15

/ 10 311 dəfə oxundu.
İlham Əliyev bu ölkə liderlərini təbrik etdi

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

GunAz.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Hörmətli Şavkat Miromonoviç,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün qardaş Özbəkistan müstəqillik yolu ilə inamla irəliləyərək, dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı sahəsində mühüm nailiyyətlər qazanır. Özbəkistanın beynəlxalq aləmdə nüfuzu daim artır.

Ölkələrimiz arasındakı əlaqələr ortaq milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası münasibətlərimizin belə möhkəm təməllər üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusi məmnunluq doğurur.

İnanıram ki, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi və daha da dərinləşməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli Şavkat Miromonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

***

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Andrey Kiskaya da təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Slovakiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ