SON DƏQİQƏ
» » “Nazarbayev Azərbaycanla münasibətlərdən çox razıdır”

“Nazarbayev Azərbaycanla münasibətlərdən çox razıdır”

Tarix:

16-08-2018, 11:50

/ 10 272 dəfə oxundu.
“Nazarbayev Azərbaycanla münasibətlərdən çox razıdır”

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sentyabr ayının 3-də Qırğızıstanda keçiriləcək 6-cı Zirvə görüşünə hazırlıqlarla tanış olmaq məqsədi ilə Qazaxıstanın Xarici işlər naziri Kayrat Abdıraxmanov Beynəlxalq Türk Akademiyasını (TWESCO) ziyarət edib.

GunAz.az xəbər verir ki, nazir Beynəlxalq Türk Akademiyasının Türk Şurasına üzv dövlətlərin arasında əməkdaşlığa əhəmiyyətli töhfə verdiyini bildirib.

O, TWESCO-nun qısa müddət ərzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında elm, mədəniyyət, tarix və humanitar sahələrdə əməkdaşlığın inkişafıdna mühüm işlər gördüyünü, Zirvə görüşündən sonra bu fəaliyyətin daha da güclənəcəyinə inandığını qeyd edib. 

K.Abdıraxmanov, 2009-cu ildə Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə Azərbaycanda, Naxçıvanda qurulan Beynəlxalq Türk Akademiyasının bir il sonra Astanada fəaliyyətə başladığını və ötən 8 ildə qarşıya qoyulan hədəflərə çatdığını, türk dünyasının intellektual mərkəzinə çevrildiyini vurğulayıb:

"Azərbaycanın Beynəlxalq Türk Akademiyasına verdiyi töhfələri yüksək qiymətləndiririk".

Nazir Qazaxıstan Prezidentininin təşkilatın işindən razı olduğunu və onun fəaliyyətini diqqətlə izlədiyini qeyd edib. 

Xarici işlər naziri TWESCO tərəfindən irəli sürülən Türk inteqrasiyası konsepsiya layihəsinin Qırğızıstanda keçiriləcək 6-ci Türk Şurası Dövlət Başçıları Sammitinin mühüm sənədlərindən biri olacağını bildirib.

TWESCO prezidenti Darxan Kıdırəli Akademiyanın reallaşdırdığı və hazırda davam edən layihələr haqqında məlumat verib. 

O, türk xalqlarının irsinin tədqiqinə yönəldilmiş elmi-tədqiqat işlərinin genişləndirildiyini, müxtəlif yerlərdə arxeoloji tədqiqatların aparıldığını, “Türkbarometr”, “Atalar Mirası” “Ortaq Türk Tarixi” dərsliyi üzərində işlərin başa çatdığını və  hazırda “Ortaq Türk Ədəbiyyatı”, “Ortaq Türk Coğrafiyası” dərsliklərinin layihələri üzərində çalışdıqlarını bildirib.

Eyni zamanda, beynəlxalq elmi-humanitar təşəbbüslərin inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətinə görə TWESCO-nun 4 əməkdaşına Qazaxıstan Xarici İşlər Nazirliyinin Fəxri fərmanı təqdim olunub. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ