SON DƏQİQƏ
» » “TANAP bizim üçün də həyati əhəmiyyətli layihədir” - Ərdoğan

“TANAP bizim üçün də həyati əhəmiyyətli layihədir” - Ərdoğan

Tarix:

10-07-2018, 21:53

/ 10 322 dəfə oxundu.
“TANAP bizim üçün də  həyati əhəmiyyətli layihədir” - Ərdoğan

“Azərbaycan ilə istər enerji sahəsindəki əlaqələrimiz, istərsə də müdafiə sənayesi istiqamətində addımlarımız çox böyük əhəmiyyət daşıyır. Bundan sonrakı prosesdə də TANAP layihəsi, - bizim üçün, Azərbaycan üçün həyati əhəmiyyətli layihədir. Bu layihə təkcə Azərbaycan-Türkiyə deyil, eyni zamanda, Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir”.

GunAz.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

 

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu layihə bizi ciddi mənada maraqlandırır: “Bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda, strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. TANAP ilə əlaqədar Əskişəhərdə atdığımız addım həqiqətən də həyati bir addımdır. Bütün bunlardan başqa, Azərbaycanın sərmayə sahəsində Türkiyədəki Əliağa layihəsi həqiqətən hər cür təqdirdən daha böyükdür. Bu layihə təməli qoyulduğu gündən get-gedə davam edən, böyüyən bir sərmayə olaraq özünü göstərir. İndi də, inşallah, bu sərmayəni daha da genişləndirməyin və reallaşdırılmaqda olan bəzi layihələrin də payızda açılışını etməklə bunları birlikdə həyata keçirəcəyik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ