SON DƏQİQƏ

Deputatların SON GÜNÜ

Tarix:

29-06-2018, 12:09

/ 10 279 dəfə oxundu.
Deputatların SON GÜNÜ

Bu gün Milli Məclisin (MM) son - növbədənkənar iclası keçirilir.

GunAz.az bildirir ki, son iclasın gündəliyinə 39 məsələ daxil edilib ki, onlar arasında büdcə dəyişiklikləri əsas yer tutur.

Büdcə dəyişiklikləri ilə bağlı müzakirələrdə Maliyyə, İqtisadiyyat, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin təmsilçiləri, o cümlədən, maliyyə naziri samir Şərifov iştirak edəcəklər.

Qeyd edək ki, bu iclasdan sonra deputatlar rəsmən yay tətilinə gedəcəklər.

Millət vəkilləri sentyabrın 15-də işə çıxacaqlar.

Həmin vaxt parlamentin növbəti - büdcə sessiyası kimi tanınan payız sessiyasının komitə iclasları başlayacaq.

MM-in payız sessiyası isə ya sentyabrın 30-da, ya oktyabrın 1-də öz işinə başlayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ