SON DƏQİQƏ
» » Hərbi geyimlər və fərqləndirmə nişanları ilə bağlı fərman

Hərbi geyimlər və fərqləndirmə nişanları ilə bağlı fərman

Tarix:

28-06-2018, 19:06

/ 10 597 dəfə oxundu.
Hərbi geyimlər və fərqləndirmə nişanları ilə bağlı fərman

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərman imzalayıb

GunAz.az-ın məlumatına görə, sərəncamla “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” təsdiq edilib. 

Nazirlər Kabinetinə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını bir ay müddətində müəyyən etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici Kəşfiyyat Xidməti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ