SON DƏQİQƏ
» » İsmayıllıda yol tikintisinə 5,4 milyon manat ayrıldı

İsmayıllıda yol tikintisinə 5,4 milyon manat ayrıldı

Tarix:

20-06-2018, 18:37

/ 10 337 dəfə oxundu.
İsmayıllıda yol tikintisinə 5,4 milyon manat ayrıldı

Prezident İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm-İsmayıllı-Şəki (5 km)-Kəlbənd-Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gunaz.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, 1000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki (5 km)-Kəlbənd-Girk avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ