SON DƏQİQƏ
» » Türkiyənin yeni prezidenti kim olacaq? - İlkin nəticələr ORTAYA ÇIXDI

Türkiyənin yeni prezidenti kim olacaq? - İlkin nəticələr ORTAYA ÇIXDI

Tarix:

19-06-2018, 15:23

/ 10 546 dəfə oxundu.
Türkiyənin yeni prezidenti kim olacaq? - İlkin nəticələr ORTAYA ÇIXDI

24 iyunda Türkiyədə keçiriləcək seçkilərə 4 gün qaldı.

Gunaz.az
 xəbər verir ki, “Star” qəzeti seçkilərlə bağlı keçirilən son ictimai rəyin nəticələrini açıqlayıb.


Sorğunun nəticələrinə görə, AKP sonuncu referendumda topladığı 50 faizdən az səs toplamayacaq.

AKP-MHP-BBP-dən ibarət “Cümhur İttifaqı”nının 53-56 faiz səs alacağı proqnozlaşdırılır. İttifaq içində AKP-nin səsi 45-48 faiz arası hesablanır. İttifaqın namizədi Rəcəb Tayyip Ərdoğanın ən az 51-53 faiz səs alacağı gözlənilir.

Gözləntilərə görə, AKP seçkidən sonra parlamentdə 300-dən çox yer alacaq.

CHP-İyi Partiya-Səadət Partiyasından ibarət “Millət İttifaqı”nın 28-32 faizə qədər səs alacağı proqnozlaşdırılır.(Publika.az)

İttifaqın içində CHP-nin və CHP namizədi Muharrem İncənin 23-26, İyi Partiyasının 7-11, bu partiyanın namizədi Meral Akşenerin isə 9-12 faiz arası səs alacağı gözlənilir.

HDP-nin isə 8-11 faiz səs alacağı və barajı keçə bilməcəyi proqnozlaşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ