SON DƏQİQƏ
» » “TANAP Ukrayna üçün vacib layihədir” — Poroşenko

“TANAP Ukrayna üçün vacib layihədir” — Poroşenko

Tarix:

12-06-2018, 20:22

/ 10 332 dəfə oxundu.
“TANAP Ukrayna üçün vacib layihədir” — Poroşenko

Transanadolu boru kəməri (TANAP) Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Gunaz.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Petro Poroşenko bu gün Türkiyənin Əskişəhər vilayətində keçirilən TANAP layihəsinin açılış mərasimində deyib.

Ukrayna Prezidentinin sözlərinə görə, bu layihə yalnız Türkiyə və Azərbaycan üçün deyil, bütün Avropa, o cümlədən Ukrayna üçün vacib layihədir.

P.Poroşenko qeyd edib: "Mən Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana belə mühüm layihənin reallaşdırılması üçün minnətdarlığımı bildirmək istəyirəm".

Qeyd edək ki, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.

Xatırladaq ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin təntənəli açılışı baş tutub. Bu gün isə TANAP layihəsinin açılış mərasimi keçirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ