SON DƏQİQƏ

İlham Əliyev: "TANAP əvəzolunmaz layihədir"

Tarix:

12-06-2018, 19:27

/ 10 372 dəfə oxundu.
İlham Əliyev: "TANAP əvəzolunmaz layihədir"

"TANAP-ın icrası çox mürəkkəb iş idi. Ancaq biz bunu müvəffəqiyyətlə icra etdik. TANAP 7 ölkəni, bir çox şirkərləri özündə birləşdirir"
Gunaz.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə TANAP-ın açılış mərasimindəki çıxışında deyib.

"Bizim təşəbbüsümüzlə irəli sürülən istənilən proje öz təsdiqini tapır. Çünki bunun arxasında bizim qardaşlığımız, iradəmiz dayanır. TANAP-ın adını biz birlikdə qoyduq. Biz bu illər ərzində böyük işlər gördük. TANAP əvəzolunmaz infrastruktur layihəsidir", -deyə Prezidenti İlham Əliyev vurğulayıb.

Ölkə başçısı qeyd edib ki, TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürüdür: "Əgər bu qardaşlıq olmasaydı, layihə kağız üzərində qala bilərdi". 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ