SON DƏQİQƏ

Dünya liderləri İlham Əliyevi təbrik edir...

Tarix:

24-05-2018, 23:37

/ 10 384 dəfə oxundu.
Dünya liderləri İlham Əliyevi təbrik edir...

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Hörmətli cənab Prezident,

Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Respublika günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edirəm.

Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir. Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır.

Sizi və bütün Azərbaycan xalqını bu əlamətdar yüzillik münasibətilə bir daha təbrik edir və Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm”.

***

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev 28 may – Respublika günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan öz dövlətçiliyinin əsaslarının möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb. Ölkənizin bundan sonra da dinamik inkişaf etməsini və Sizin rəhbərliyinizlə nəzərdə tutulan hədəflərə çatmasını arzu edirəm.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan strateji əməkdaşlıq iki ölkənin xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Ən xoş arzularla”

***

Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrique Pena Nieto 28 may – Respublika günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Meksika xalqı adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Hökumətimin xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq bağlarını gücləndirmək və daha yaxın ikitərəfli əlaqələr qurmaq istəyini və buna hazır olduğunu Sizə bildirirəm.

Sizə cansağlığı, Azərbaycan xalqına isə rifah və tərəqqi arzu edirəm.

Dərin hörmətlə”

***

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 28 may – Respublika günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanda bu yubiley ilində xüsusilə geniş miqyasda qeyd edilən milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin ölkəniz iqtisadi, sosial, elmi-texniki, humanitar və digər sahələrdə sanballı uğurlar qazanıb. Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Dövlətlərimiz müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq edir, regional və qlobal gündəlikdə olan mühüm məsələlərin həllində fəal qarşılıqlı əlaqə saxlayırlar.

Əminəm ki, ölkələrimizin dost xalqlarının rifahı, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı bundan sonra da hər vasitə ilə möhkəmləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə əmin-amanlıq və firavanlıq arzu edirəm”.

***

Çin Xalq Respublikasının Sədri Si Cinpin prezident İlham Əliyevə 28 may – Respublika günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Çin hökuməti və Çin xalqı adından, şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.

Son illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, cəmiyyətdə sabitlik və həmrəylik müşahidə olunur, Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır. Azərbaycanın yaxın dostu kimi Çin buna ürəkdən sevinir. Mən Çin–Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm, iki ölkənin və onların xalqlarının xeyrinə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrində yeni uğurlara nail olmaq üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Azərbaycan xalqına tərəqqi və əmin-amanlıq arzulayıram. Sizə cansağlığı və ən xoş arzular diləyirəm”.

***

İraq Respublikasının Prezidenti Fuad Məsum prezident İlham Əliyevə 28 may – Respublika günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.

Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan təbrik edirəm.

Fürsətdən istifadə edərək, İraq Respublikasının ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələri xalqlarımızın mənafeyi naminə inkişaf etdirmək və möhkəmləndirmək istəyini bir daha vurğulayıram.

Möhtərəm cənab Prezident, Sizə davamlı uğurlar və möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən dərin hörmətlə”.

***

Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nahyan prezident İlham Əliyevə 28 may – Respublika günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Dost və qardaş xalqınıza Sizin müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və rifah, Zati-alinizə möhkəm cansağlığı arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük hörmət və ehtiramımı ifadə edirəm”.

***

İordaniyanın kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan prezidenti İlham Əliyevə 28 may – Respublika günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

***

Rumıniya Prezidenti Klaus Verner İohannis Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Əziz cənab Prezident. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi, sülh və firavanlıq arzularımı çatdırıram. Ölkələrimiz arasındakı strateji tərəfdaşlığın bütün sahələrdə birgə səylərimiz və hərtərəfli siyasi dialoq vasitəsilə daha da güclənəcəyinə tam əminliyimi bildirirəm. Əziz cənab Prezident, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edəsiniz”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ