SON DƏQİQƏ
» » Goranboyda xalça istehsalı emalatxanası tikiləcək

Goranboyda xalça istehsalı emalatxanası tikiləcək

Tarix:

22-05-2018, 20:26

/ 10 421 dəfə oxundu.
Goranboyda xalça istehsalı emalatxanası tikiləcək

Prezident İlham Əliyev Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gunaz.az-ın məlumatına görə, sərəncamla Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ