SON DƏQİQƏ

Xızıya 4,8 milyon manat ayrıldı

Tarix:

4-05-2018, 17:56

/ 10 324 dəfə oxundu.
Xızıya 4,8 milyon manat ayrıldı

Prezident İlham Əliyev Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Xızı rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verib, əsas kapitala yönəldilmiş vəsait 113,8 dəfə, tikinti-quraşdırma işləri 112,0 dəfə artıb, bir sıra mühüm infrastruktur layihələri həyata keçirilib, Xızı şəhərinin və 4 yaşayış məntəqəsinin içməli su təchizatı sistemi yenidən qurulub, ümumi gücü 50 MVt olan “Yeni Yaşma” Külək Enerji Parkı yaradılıb, Rayon Mərkəzi Xəstəxanası, əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası inşa edilmiş, təhsil, mədəniyyət və digər sosialyönümlü obyektlər istifadəyə verilib, yeni yollar çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncamda qeyd edilir ki, Xızı şəhərində 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon (dörd milyon səkkiz yüz min) manat, o cümlədən 1 nömrəli tam orta məktəbin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,8 milyon (üç milyon səkkiz yüz min), abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Xızı Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

скачать dle 12.1

Şərhlər