SON DƏQİQƏ

Goranboya 4,4 milyon manat ayrıldı

Tarix:

30-04-2018, 18:38

/ 10 300 dəfə oxundu.
Goranboya 4,4 milyon manat ayrıldı

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gunaz.az-ın xəbərinə görə, on iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ