SON DƏQİQƏ

BMT rəsmisi İlham Əliyevi təbrik etdi

Tarix:

28-04-2018, 17:56

/ 10 263 dəfə oxundu.
BMT rəsmisi İlham Əliyevi təbrik etdi

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva Azərbaycan prezidenti İlham Əliyevi aprelin 11-də keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.

Gunaz.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməkdən şərəf duyuram.

Birgə məqsədlərimizə nail olmaqda, Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı diləyirəm.

Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ