SON DƏQİQƏ
» » İlham Əliyev Ərdoğanı Azərbaycana dəvət etdi

İlham Əliyev Ərdoğanı Azərbaycana dəvət etdi

Tarix:

25-04-2018, 17:25

/ 10 263 dəfə oxundu.
İlham Əliyev Ərdoğanı Azərbaycana dəvət etdi

Ankarada olan Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.
Gunaz.az xəbər verir ki, Prezident İlham Əliyev Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Prezident İlham Əliyev bildirib ki, Türkiyə və Azərbaycan birliyi, qardaşlığı çox möhkəmdir və onun böyük gələcəyi var.

Dövlət başçısı qeyd edib ki, Türkiyə böyük bir yol keçib:

“Biz Türkiyədəki prosesləri diqqətlə izləyir və əldə edilən uğurları sevinclə qarşılayırıq. Türkiyə dünya miqyasında gücdür. Türkiyəni sevənlər sevinir, sevməyənlərin kefi pozulur. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə qədər bizə heç kim dəstək verməyib. Bu dəstək bizə əlavə güc verir. Münaqişə beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Azərbaycan da beynəlxalq təşkilatlarda Türkiyəni dəstəkləyir. “Zeytun budağı” əməliyyatının uğurla keçirilməsi ilə bağlı qardaş türk xalqını təbrik edirəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ